Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
05 Dekabr, 2019 15:30 1482

Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları Bakı Ekspo Mərkəzində keçirilən 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində iştirak ediblər – FOTO

İT məhsul və xidmətlərin nümayişi üçün əsas sahə olan telekommunikasiya sahəsinin aparıcı oyunçularını bir araya gətirən “Bakutel” sərgisində 20 ölkədən 200-dən artıq şirkət təmsil olunub.

Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarının da ziyarətçi kimi qatıldığı bu sərgidə “Azərkosmos” və “Rusiya Peyk Rabitəsi” kimi aparıcı peyk operatorları, Bakı Ekspo Mərkəzinin foyesində ən yeni robot modelləri, eyni zamanda 50-ə yaxın startap nümayiş etdirilib.