Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı Tbilisi və Rustavi şəhərləri arasında keçirilən marafonda 3-cü yeri tutub
17 oktyabr tarixində Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpasının 30 illiyinə həsr olunmuş marafon keçirilib. Tbilisi-Rustavi arası 30 km qaçış məsafəsi olan və 300 nəfərin iştirak etdiyi yarışda Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı Vüqar Abdullayev də iştirak edərək 3-cü yeri tutub.
Vüqar Abdullayev yarışdan sonra Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub.
İzləyicilər arasında Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli səfiri Faiq Quliyevin də olduğu yarışın sonunda qaliblər təşkilatçılar tərəfindən medal, diplom və hədiyyələrlə təltif ediliblər.