Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı 36 nəfər arasında ikinci olub
Martın 1-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının qadın əməkdaşları arasında stolüstü tennis idman növü üzrə 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yarış təşkil olunub.
12 dövlət qurumunun - Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi, Milli Arxiv İdarəsi, Dövlət Gömrük Komitəsi, Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyinin nümayəndələrinin iştirak etdikləri turnirdə Müdafiə Sənayesi Nazirliyi də təmsil olunub.
Həmkarımız Ayşən Nadirli 36 iştirakçının mübarizə apardığı yarışda ikinci yerə layiq görülüb. Birinci yeri Dövlət Gömrük Komitəsinin əməkdaşı Günel Xanlarova, üçüncü yeri isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Albina Əliyeva qazanıb.