Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
28 Aprel, 2023 12:00 776

Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu və “Simsoft” Kompüter Texnologiyaları şirkəti arasında işgüzar görüş keçirilib

Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə “Simsoft” Kompüter Texnologiyaları şirkəti arasında 8 sentyabr 2022-ci il tarixində imzalanmış Memorandumdan irəli gələn hərbi və mülkü sahələrdə silah-sursat, komanda-nəzarət, proqram təminatları və tədris məqsədi ilə simulyasiya sistemlərinin inkişafı barədə mütəxəssislərdən ibarət işçi qrupunun birgə görüşü keçirilib.

MSN ETİ-nin direktoru, professor Mürsəl Əliyev və Simsoft şirkətinin baş direktorunun köməkçisinin iştirakı ilə baş tutan görüşdə memorandumdan irəli gələn istiqamətlər üzrə birgə təkliflər hazırlanaraq bu təkliflərin həyata keçirilməsi və yol xəritəsinin formalaşdırılması üçün qərar qəbul edilib.

Qərara əsasən Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu görüş zamanı irəli sürülmüş təklifləri müzakirə edərək əldə edilən razılaşmaları Simsoft şirkətinə göndərəcəkdir.