Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
07 İyun, 2023 17:00 742

Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu və Pakistanın Qlobal Sənaye və Müdafiə Həlləri şirkəti arasında işgüzar görüş keçirilib

İyunun 7-də Pakistanın Qlobal Sənaye və Müdafiə Həlləri şirkəti ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq barədə görüş keçirilib.

Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda baş tutan qarşılıqlı görüşdə MSN ETİ-nin direktoru, professor Mürsəl Əliyev, MSN-nin şöbə müdiri Məmmədsaleh Əliyev, Pakistanın Qlobal Sənaye və Müdafiə Həlləri şirkətinin icraçı direktoru Ali Nadeem və hər iki tərəfin aparıcı mütəxəssisləri iştirak ediblər.

Tərəflər arasında gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər müzakirələr edilib, nəzərdə tutulmuş hərbi-texniki sahədə layihələrin ərsəyə gətirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Daha sonra MSN ETİ-nin direktoru, professor M.Əliyev və Pakistanın Qlobal Sənaye və Müdafiə Həlləri şirkətinin icraçı direktoru A.Nadeem qarşılıqlı əməkdaşlıq sənədi imzalayıblar.