Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
28 Dekabr, 2022 17:00 1721

Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə Türkiyənin “Lentatek” və “Ayesaş” şirkətləri arasında anlaşma memorandumları imzalanıb

Dekabrın 27-də Elmi-Tədqiqat İnstitutunda baş tutan imzalanma mərasimində ETİ-nin direktoru t.e.d.,Prof. Mürsəl Əliyev, “Lentatek” və “Ayesaş” şirkətlərinin Genel müdürü Öner Tekin və Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri Məmmədsaleh Əliyev, şöbə müdirin müavini Elçin Qasımov, hər iki tərəfin aparıcı mütəxəssisləri iştirak ediblər.

İmzalanmış sənədlərdə hərbi təyinatlı məmulatların yaradılması konsepsiyası çərçivəsində ərazilərin minalardan təmizlənməsində texniki həllər, müşahidə sistemləri, sərhəd nəzarət sistemləri, GPRS-GNSS naviqasiya mühafizə sistemləri, komandanəzarət və müdafiə texnologiya sistemləri, təlim və simulyasiya texnologiyarı, məlumat və innovativ texnologiyaları, pilotsuz uçuş texnikası və bu texnikalardan müdafiə sistemləri, hava və quru platformlarında istifadə olunan qəza xəbərdaredici cihazların yaradılması, hidrogen, yanacaq texnologiyalarını əhatə edən layihələr çərçivəsində müəyyən edilmiş prinsiplərə uyğun olaraq birgə əməkdaşlığa hazır olduqlarını bildiriblər.