Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
15 Mart, 2023 15:00 1017

Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə Türkiyənin “Lentatek” şirkəti arasında işgüzar görüş keçirilib

Martın 14-də Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə Türkiyənin “Lentatek” şirkəti arasında öncədən imzalanmış memoranduma dair görüş keçirilib. Elmi-Tədqiqat İnstitutunda baş tutan qarşılıqlı görüşdə, MSN ETİ-nin direktoru Prof. Mürsəl Əliyev, “Lentatek Uzay Havacılık ve Teknoloji Anonim Şirket”inin Hidrogen və yanacaq elementləri üzrə texnologiyalar koordinatoru İbrahim Pamuk və hər iki tərəfin aparıcı mütəxəssisləri iştirak ediblər.

Əməkdaşlığa dair imzalanan memoranduma əsasən elmi tədqiqatların aparılması, “alternativ enerji” nin əldə olunması məqsədilə üç istiqamət müəyyən olunub və icrası üçün yol xəritəsi hazırlanıb. Qeyd olunub ki, ortaq layihə işləri müəyyən olunmuş koordinatorlar tərəfindən həyata keçiriləcək və razılaşdırılmış iş planına uyğun olaraq texniki heyətin tərkibi təyin olunacaqdır. Dövrü olaraq ləyihələrin irəliləmə hesabatları tərəflər arasında mübadilə edildikdən sonra əldə olunan nəticələr koordinatorlar tərəfindən təşkil edilən müştərək iclaslarda müzakirə ediləcəkdir.