Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
17 Dekabr, 2014 15:00 3091

Müdafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşı Respublika Prezidentinin müvafiq sərəncamlarına əsasən fəxri adlara layiq görüldü və təltif olundular

Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı ərəfəsində -16 dekabr 2014-cü il tarixində Respublika Prezidenti İlham Əliyev nazirliyin bir qrup əməkdaşının “Əməkdar mühəndis” fəxri adına layiq görülmələrinə, “Tərəqqi”“Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmalarına dair Sərəncamlar imzalamışdır. 

Respublikanın müdafiə sənayesinin inkişafındakı xidmətlərinə görə nazirliyin əməkdaşları Axundov Aslan Ağamirzə oğlu, Məmmədov Fuad Faiq oğlu, Tesenkov Oleq Aleksandroviç “Əməkdar Mühəndis” fəxri adına layiq görülmüş, Ağayev Mirzə Əhmədağa oğlu, Dəmirov Əmiraslan Dəmir oğlu, Hüseynəliyev İmran Heydərəli oğlu, Qurbanov İlqar Davud oğlu, Qurbanov Kamil Qəzənfər oğlu, Mərdanov İlham Qurban oğlu, Paşayev Namiq Muxtar oğlu, Virskiy İqor Sergeyeviç “Tərəqqi” və Əsədov Bəxtiyar Böyükkişi oğlu, Haqverdiyeva Səidə Camal qızı, Qədirov Qədir Abduləli oğlu, Nuriyev Fərhat Neman oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmuşlar.