Müdafiə Sənayesi Nazirliyində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edilib
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
İlk olaraq Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları Fəxri xiyabana gələrək, Ulu Öndərin məzarı önünə tər güllər qoyublar.
Nazirliyin akt zalında davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Tədbirdə Müdafiə Sənayesi naziri cənab Mədət Quliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan bəhs edib, Umummilli liderlə bağlı öz xatirələrindən danışıb.
Sonda Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr olunan “Ata Yolu” sənədli filmi nümayiş etdirilib.