Müdafiə Sənayesi Nazirliyində treninq keçirildi
Azərbaycan Respublikası Prezidentinin «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın və «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın təsdiq edilməsi haqqında 5 sentyabr 2012-ci il tarixli, 2421 nömrəli Sərəncamı təsdiq edilmiş, «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın 9-10-cu bəndlərində maraqlar toqquşmasının qarşısının alınması və etik davranış qaydalarının təkmilləşdirilməsi ilə əlaqədar görüləcək işlər və nəticə indikatorları qeyd edilmişdir.
Həmin işlərdən biri də maraqlar toqquşmasının qarşısının alınması və etik davranış qaydalarının təkmilləşdirilməsi məqsədilə dövlət qulluqçuları üçün mütəmadi tədris kurslarının və treninqlərin təşkil edilməsidir.
Qeyd olunan tapşırığın icrası məqsədilə noyabrın 11-də Müdafiə Sənayesi Nazirliyində növbəti treninq keçirildi.
Treninqdə dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması, etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi kimi məsələlərə dair geniş fikir mübadilələri aparıldı.