Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
23 Noyabr, 2018 14:19 2316

Müdafiə Sənayesi Nazirliyində korrupsiyaya qarşı mübarizəyə və etik davranış qaydalarına əməl olunmasına dair treninq keçirildi

Müdafiə Sənayesi Nazirliyində Azərbaycan Respublikasi Prezidentinin 27 aprel 2016-cı il tarixli, 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən korrupsiyaya qarşı mübarizəyə və etik davranış qaydalarına əməl olunmasına dair növbəti  treninq keçirildi.

Treninqdə dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi kimi məsələlərə dair geniş müzakirələr aparıldı. Bildirildi ki, hər bir dövlət qulluqçusu qeyd olunan məsələlərə daima məsuliyyətlə yanaşmalı, yarana biləcək qayda pozuntularına qarşı qabaqlayıcı tədbirlər görməlidir.