Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
02 Oktyabr, 2014 15:00 630

Müdafiə Sənayesi Nazirliyində işçilərin əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi tam başa çatdırılmışdır

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 27 dekabr 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanunu və həmin qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2014-cü il tarixli Fərmanının 1.4-cü bəndinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın icrası istiqamətində Müdafiə Sənayesi Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Müdafiə sənayesi nazirinin “Əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi və bununla bağlı səlahiyyətli şəxslərin təyin eilməsi haqqında” Əmri ilə bu sahə üzrə səlahiyyətli şəxslər təyin olunmuşdur.

Əmrə müvafiq olaraq müəyyən edilmiş müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin aparatında, eləcə də tabeli müəssisələrində çalışan işçilərin əmək müqaviləsi bildirişləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə tam daxil edilmişdir.