Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
12 İyun, 2024 12:40 400

Müdafiə Sənayesi Nazirliyində insan hüquq və azadlıqlarının qorunması üzrə məlumatlandırıcı tədbirlər keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərancamını rəhbər tutaraq Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi tərəfindən hər il olduğu kimi 2024-cü ildə də insan hüquq və azadlıqlarının qorunması üzrə işlər davam etdirilmiş və mütəmadi diqqət mərkəzində saxlanılıb.

Ötən dövr ərzində, eləcə də Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən 18 may - 18 iyun tarixləri üzrə elan edilmiş “İnsan Hüquqları Aylığı”nda insan hüquqlarına dair MSN-in Milli Aerokosmik Agentliyində, Elmi-Tədqiqat İnstitutunda, digər müəssisələrində müxtəlif hüquqi maarifləndirici tədbirlər keçirilmiş, insan və vətəndaş hüquq və azadlıqları, bu sahədə Azərbaycan Respublikasında qəbul edilmiş qanunlar, qərarlar və digər normativ hüquqi aktlar haqqında ətraflı məlumatlar verilib.