Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
27 Sentyabr, 2022 12:00 447

Müdafiə Sənayesi Nazirliyində 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib

27 sentyabr - Anım Günü ilə bağlı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin inzibati ərazisində Nazirliyin Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının xatirəsinin əbədiləşdirilməsinə həsr edilmiş Şəhidlər Memorial Abidə Kompleksinin qarşısında tədbir keçirilib.

Müdafiə sənayesi naziri Mədət Quliyev Şəhidlər Memorial Abidə Kompleksinin qarşısına əklil qoyub.

Tədbir iştirakçıları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edərək Abidə Kompleksinin qarşısına tər güllər düzüblər.

Nazirliyin akt zalında davam edən tədbirdə çıxış edən nazir Mədət Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin erməni təcavüzkarlarının növbəti dəfə atəşkəsi pozmalarına cavab olaraq Azərbaycan Ordusuna “İrəli!” əmrini verdiyi 27 sentyabr tarixinin  Azərbaycan xalqının yaddaşına əbədi həkk olunduğunu söyləyib. Nazir bildirib ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir ki, 30 il düşmən tapdağında olan torpaqlarımız işğaldan azad edilib.

Daha sonra Nazirliyin əməkdaşları Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə ərsəyə gətirdiyi, “Şuşa əməliyyatı”nı həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, Şuşanı işğaldan azad edən qəhrəman xüsusi təyinatlılarımızın keçdiyi döyüş yolu, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrların yer aldığı “Şuşa, sən azadsan!” filminə baxıblar.