Müdafiə Sənayesi Nazirliyində 2018-ci ilin yekunlarına və qarşıda duran məsələlərə dair müşavirə keçirildi
Dekabrın 24-də Müdafiə Sənayesi Nazirliyində 2018-ci ilin yekunlarına və qarşıda duran məsələlərə dair müşavirə keçirildi. Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin 2018-ci il üzrə fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər müzakirə edildi.
Bildirildi ki, 2018-ci ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı ilə bağlı verilmiş sifarişlər yüz faiz yerinə yetirilib və respublikanın güc strukturlarına təhvil verilib. Eləcə də, 2017-ci ildən qalan sifarişlərin icrası tam təmin olunub.
Müşavirədə müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı ilə bağlı 2019-cu ildə qarşıda duran məsələlərə dair geniş müzakirələr aparıldı.