Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
15 Noyabr, 2022 13:00 562

Müdafiə Sənayesi Nazirliyi təşəkkürnamə ilə təltif olunub

Noyabrın 14-də Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM), Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi, həmçinin “B.EST Solutions” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilatçılığı ilə kibergigiyena üzrə birinci beynəlxalq konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev açılış nitqi ilə çıxış ediblər.

Tədbirdə müxtəlif şirkətlərin və dövlət qurumlarının rəhbər şəxsləri, həmçinin mütəxəssislərin spiker qismində məruzələri dinlənilib.

Konfrans çərçivəsində “Kibergigiyena” platformasından aktiv istifadəyə görə bir sıra dövlət qurumları, eləcə də platformanın tətbiqində göstərdiyi dəstəyə görə dövlət qurumlarının əməkdaşlarına təşəkkürnamələr təqdim olunub. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi və İnformasiya Texnologiyaları şöbəsinin sektor müdiri Elvin İbrahimov da təşəkkkürnamə ilə təltif olunub.

Nəzərinizə çatdıraq ki, “Kibergigiyena” platformasından (https://kibergigiyena.az/) indiyədək 130-a yaxın dövlət qurumu və 4 minə yaxın dövlət qurumunun əməkdaşı yararlanıb.

Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi və tabeli qurumlarından "Kibergigiyena” platformasında 79 əməkdaş fəal iştirak edib.