Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
30 Dekabr, 2013 12:31 2147

Müdafiə Sənayesi Nazirliyi tərəfindən şəhid ailələri, Qarabağ müharibəsi veteranları və əlillərinə bayram sovqatı çatdırıldı

Şivan şəhər İcra Hakimiyyətində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ailə üzvləri, Qarabağ müharibəsi veteranları və əlilləri ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə keçirilən görüşdə müdafiə sənayesi naziri Yavər Camalovun adından şəhid ailələrinə, müharibə veteranları və əlillərə bayram təbrikləri çatdırılmışdır.

Görüşdə müdafiə sənayesi naziri Yavər Camalovun tapşırığı ilə 125 şəhid ailəsinə, 110 müharibə veteranına və əlilə bayram sovqatı paylanmışdır.

Eləcə də, işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə və Dünya Azərbaycanlılarının Həmrəylik günü, Yeni il münasibətilə Müdafiə Sənayesi Nazirliyinin və tabeli müəssisələrin əməkdaşları mükafatlandırılmış və bayram sovqatları ilə təbrik edilmişlər.