Müdafiə Sənayesi Nazirliyi tərəfindən etik davranış məsələləri ilə bağlı görülmüş işlərə dair hesabat
Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2019−2021-ci illərdə icrası üzrə Fəaliyyət Planı”na və Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq müəyyən edilmiş məsələlər üzrə Müdafiə Sənayesi Nazirliyində 19.11.2021-ci il tarixdə onlayn treninq keçirilmişdir.
Treninqdə Nazirliyin Aparatında çalışan dövlət qulluqçuları üçün etik davranış qaydaları, etik davranış qaydalarının pozulması ilə əlaqədar daxil olan şikayətlər, bununla bağlı tətbiq edilmiş intizam tənbeh tədbirləri, etik normaların pozulması və ya etik qaydaların pozuntusu təəssüratı yaradan davranışların profilaktikası məqsədilə hüquqi-maarifləndirmə tədbirlərinin, habelə digər fərdi və kütləvi təsir vasitələrinin tətbiqi məsələsi, korrupsiyaya qarşı mübarizə metodlarından səmərəli istifadə, dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi mövzularında və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi kimi məsələlərə dair geniş müzakirələr aparılmışdır.
Müzakirədə xüsusilə vurğulanmışdır ki, hər bir dövlət qulluqçusu qeyd olunan məsələlərə münasibətdə daimi olaraq məsuliyyətlə yanaşmalı, bu kimi qayda pozuntularına zəmin yaradacaq şəraitin aradan qaldırılması və digər qabaqlayıcı tədbirlər görməlidir.
Etik davranış məsələləri ilə bağlı görülmüş işlərə dair
HESABAT
Azərbaycan Respublikasının “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanununa və Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2019−2021-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nda nəzərdə tutulan və aidiyyəti üzrə icra edilməli olan tədbirlərin həyata keçirilməsi məqsədilə Nazirliyin 05.12.2018-ci il tarixli 98 nömrəli əmri ilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2019−2021-ci illərdə icrası üzrə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Fəaliyyət Planı” və Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 2021-ci il üçün İş Planı” 06.01.2021-ci il tarixli 01 nömrəli əmrlə təsdiq edilmişdir.
Digər tapşırıqlarla yanaşı adı çəkilən Fəaliyyət Planının 8.10.1-ci yarımbəndinə (dövlət qulluqçularının, xüsusilə də rəhbər vəzifəli və dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi) və Milli Fəaliyyət Planının 1.9-cu bəndinə əsasən (Dövlət qurumları tərəfindən etik davranış məsələləri ilə bağlı aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və buna görə tətbiq edilmiş intizam tənbehi tədbirləri barədə illik hesabatların hazırlanması və bu barədə məlumatların açıqlanması - Dövlət qurumları tərəfindən etik davranış məsələləri ilə bağlı görülmüş işlər barədə məlumatların rəsmi internet səhifələrində yerləşdirilməsi) müvafiq tədbirlər yeni növ koronovirus (COVİD-19) infeksiyasının yoluxma riskinin hələ də mövcudluğu nəzərə alınaraq epidemioloji salamatlığın təmin olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına və tövsiyələrinə əsasən mövcud texniki imkanlardan istifadə olunmaqla onlayn şəkildə keçirilmişdir.
Qeyd olunmalıdır ki, ötən illərdə də Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi tərəfindən dövlət qulluqçularının fəaliyyətlərinin təkmilləşdirilməsi üçün treninqlər keçirilmiş, maarifləndirmə işləri aparılmış və mövzunun aktuallığını səciyyələndirən izahedici işlərin aparılması təmin edilmişdir.
Ötən illərdə olduğu kimi, Nazirliyin Aparatında çalışan dövlət qulluqçuları üçün etik davranış qaydaları, etik davranış qaydalarının pozulması ilə əlaqədar daxil olan şikayətlər, bununla bağlı tətbiq edilmiş intizam tənbeh tədbirləri, etik normaların pozulması və ya etik qaydaların pozuntusu təəssüratı yaradan davranışların profilaktikası məqsədilə hüquqi-maarifləndirmə tədbirlərinin, habelə digər fərdi və kütləvi təsir vasitələrinin tətbiqi məsələsi, korrupsiyaya qarşı mübarizə metodlarından səmərəli istifadə, dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi mövzularında və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi kimi məsələlərə dair geniş müzakirələr aparılmışdır.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Aparatında təşkil edilmiş treninqdə maraqların toqquşmasının yolverilməzliyi dövlət qulluğunda etik normaların ümumqəbul olunmuş tələbi kimi nəzərdə tutulması vurğulanaraq qeyd edilmişdir ki, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması, etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi vətəndaş məmnunluğunun təmin edilməsini şərtləndirən əsas amillərdir.
Qeyd olunanlarla yanaşı Nazirliyin struktur bölmələrinin rəhbərlərinə və əməkdaşlarına bir daha tapşırılmışdır ki, etik davranış qaydalarını tənzimləyən normativ hüquqi aktları öz fəaliyyətlərində rəhbər tutmalı, etik davranış normaların pozulması ilə bağlı daxil olmuş şikayətlərin effektiv araşdırılması üsullarından səmərəli istifadə olunmalı və bu kimi vacib məsələlər daim diqqət mərkəzində saxlanılmalıdır.
Cari il ərzində Nazirlikdə çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması ilə əlaqədar hər hansı bir şikayət daxil olmamışdır.
Görülən işlərlə yanaşı Nazirliyin internet saytında etik məsələlər üzrə “Etik davranış” adlı xüsusi bölmə və qeyri-etik davranış barədə elektron şikayət etmə mexanizminin asanlaşdırılması məqsədilə “Etik şikayət” adlı alt bölmə öz fəaliyyətini davam etdirməkdədir.
Etik davranış qaydalarını tənzimləyən mövcud qanunvericilik aktları, digər aidiyyəti sənədlərlə birlikdə Nazirliyin internet saytının “Qanunvericilik” bölməsində yerləşdirilmişdir.
Qeyd olunanlarla yanaşı “Etik davranış qaydalarının uyğunluğuna nəzarət və onun təhlilini aparan məsul şəxsin (etik müvəkkilin) təyin edilməsi barədə” Nazirliyin 28 fevral 2011-ci il tarixli 21 nömrəli əmri ilə təyin edilmiş məsul şəxsin üzərinə (etik müvəkkilin) Nazirliyin aparatında dövlət qulluqçularının xidməti davranışlarının qanunvericiliklə müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət edilməsi və bu sahədə görülmüş işlərin təhlilinin aparılması vəzifəsi qoyulmuşdur.
Etik müvəkkil, normativ hüquqi sənədlərin tələblərinə uyğun olaraq, etik davranış qaydalarının təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq treninqlərin təşkil edilməsində, görülmüş işlərə dair illik hesabatların hazırlanmasında bilavasitə iştirak edir, etik davranış qaydaları ilə əlaqədar pozuntular və tətbiq edilən intizam tənbehi tədbirləri və digər təsir vasitələrinin tətbiqi vəziyyəti barədə ümumiləşdirilmiş məlumatlar hazırlayaraq aidiyyəti dövlət orqanlarına təqdim edir.