Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
22 Noyabr, 2022 10:00 376

Müdafiə Sənayesi Nazirliyi tərəfindən etik davranış məsələləri ilə bağlı görülmüş işlərə dair hesabat

Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2019−2021-ci illərdə icrası üzrə Fəaliyyət Planı”na və Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq müəyyən edilmiş məsələlər üzrə Müdafiə Sənayesi Nazirliyində aparatın struktur bölmələrinin əməkdaşlarından ibarət tərkibdə 21.11.2022-ci il tarixdə treninq keçirilmişdir.

Etik davranış məsələləri ilə bağlı görülmüş işlərə dair
HESABAT

Azərbaycan Respublikasının “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanununa və Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2019−2021-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nda nəzərdə tutulan və aidiyyəti üzrə icra edilməli olan tədbirlərin həyata keçirilməsi məqsədilə Nazirliyin 05.12.2018-ci il tarixli 98 nömrəli əmri ilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2019−2021-ci illərdə icrası üzrə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Fəaliyyət Planı” və Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli 1859 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrası məqsədilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 21 dekabr 2021-ci il tarixli 44 nömrəli “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 2022-ci il üçün İş Planının təsdiq edilməsi haqqında” əmri ilə İş Planı təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Fəaliyyət Planının 8.10.1-ci yarımbəndinə  (dövlət qulluqçularının, xüsusilə də rəhbər vəzifəli və dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi)  və  Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Milli Fəaliyyət Planının 1.9-cu bəndinə əsasən (Dövlət qurumları tərəfindən etik davranış məsələləri ilə bağlı aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və buna görə tətbiq edilmiş intizam tənbehi tədbirləri barədə illik hesabatların hazırlanması və bu barədə məlumatların açıqlanması - Dövlət qurumları tərəfindən etik davranış məsələləri ilə bağlı görülmüş işlər barədə məlumatların rəsmi internet səhifələrində yerləşdirilməsi) müvafiq tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi tərəfindən ötən illərdə də olduğu kimi dövlət qulluqçularının fəaliyyətlərinin təkmilləşdirilməsi üçün keçirilmiş treninqlərdə maarifləndirmə işləri aparılmış və mövzunun aktuallığını səciyyələndirən izahedici işlərin aparılması təmin edilmişdir.

Treninqdə Nazirliyin Aparatında çalışan dövlət qulluqçuları üçün etik davranış qaydaları, etik davranış qaydalarının pozulması ilə əlaqədar daxil olan şikayətlər, bununla bağlı tətbiq edilmiş intizam tənbeh tədbirləri, etik normaların pozulması və ya etik qaydaların pozuntusu təəssüratı yaradan davranışların profilaktikası məqsədilə hüquqi-maarifləndirmə tədbirlərinin, vəzifəli şəxslərin bilavasitə təabeliyində yaxın qohumluq əlaqəsində olan şəxslərin və ya maraqların toqquşması hallarıın yolverilməzliyi, istifadəsində olan dövlət əmlakına münasibətdə düzgün və təyinatlı istifadə qaydalarının gözlənilməsi və qənaətlə istidafəsi, habelə hüquqi marifləndirmə sahəsində fərdi və kütləvi təsir vasitələrinin tətbiqi məsələsi, korrupsiyaya qarşı mübarizə metodlarından səmərəli istifadə, dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi mövzularında və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi kimi məsələlərə dair geniş müzakirələr aparılmışdır.

 Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Aparatında təşkil edilmiş treninqdə maraqların toqquşmasının yolverilməzliyi dövlət qulluğunda etik normaların ümumqəbul olunmuş tələbi kimi nəzərdə tutulması vurğulanaraq qeyd edilmişdir ki, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması, etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi vətəndaş məmnunluğunun təmin edilməsini şərtləndirən əsas amillərdir.

Qeyd olunanlarla yanaşı Nazirliyin struktur bölmələrinin rəhbərlərinə və əməkdaşlarına bir daha tapşırılmışdır ki, etik davranış qaydalarını tənzimləyən normativ hüquqi aktları öz fəaliyyətlərində rəhbər tutmalı, etik davranış normaların pozulması ilə bağlı daxil olmuş şikayətlərin effektiv araşdırılması üsullarından səmərəli istifadə olunmalı və bu kimi vacib məsələlər daim diqqət mərkəzində saxlanılmalıdır. Bu yönümdə aparılmış tədbirlər dövlət qulluqçularının cəmiyyət üzvləri qarşısında ictimai etimadın möhkəmləndirilməsinə, qulluq mövqeyindən yalnız qanunçuluğun tətbiqinə, dövlət idarəçiliyində şəffaflığın və qanunun aliliyinin gözlənilməsinə inam hissinin artırılmasına xidmət etməsi qarşıda duran prioritet vəzifələr kimi dəyərləndirilmişdir.

Cari il ərzində Nazirlikdə çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması ilə əlaqədar hər hansı bir şikayət daxil olmamışdır.

Görülən işlərlə yanaşı Nazirliyin internet saytında etik məsələlər üzrə “Etik davranış” adlı xüsusi bölmə və qeyri-etik davranış barədə elektron şikayət etmə mexanizminin asanlaşdırılması məqsədilə “Etik şikayət” adlı alt bölmə öz fəaliyyətini davam etdirməkdədir.

Etik davranış qaydalarını tənzimləyən mövcud qanunvericilik aktları, digər aidiyyəti sənədlərlə birlikdə Nazirliyin internet saytının “Qanunvericilik” bölməsində yerləşdirilmişdir.

Qeyd olunanlarla yanaşı “Etik davranış qaydalarının uyğunluğuna  nəzarət  və onun təhlilini aparan məsul şəxsin (etik müvəkkilin) təyin edilməsi barədə” Nazirliyin 28 fevral 2011-ci il tarixli 21 nömrəli əmri ilə təyin edilmiş məsul şəxsin üzərinə (etik müvəkkilin) Nazirliyin aparatında dövlət qulluqçularının xidməti davranışlarının qanunvericiliklə müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət edilməsi və bu sahədə görülmüş işlərin təhlilinin aparılması vəzifəsi qoyulmuşdur.

Etik müvəkkil, normativ hüquqi sənədlərin tələblərinə uyğun olaraq, etik davranış qaydalarının təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq treninqlərin təşkil edilməsində, görülmüş işlərə dair illik hesabatların hazırlanmasında bilavasitə iştirak edir, etik davranış qaydaları ilə əlaqədar pozuntular və tətbiq edilən intizam tənbehi tədbirləri və digər təsir vasitələrinin tətbiqi vəziyyəti barədə ümumiləşdirilmiş məlumatlar hazırlayaraq aidiyyəti dövlət orqanlarına təqdim edir.