Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
25 Sentyabr, 2018 14:37 690

Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında memorandum imzalandı

Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində ADEX-2018 üçüncü Beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında Silahlı Qüvvələrin rabitə vasitələrinin təchizatına dair Anlaşma Memorandumu imzalandı.

Memorandumu Müdafiə Sənayesi Nazirliyi tərəfindən nazir müavini Yəhya Musayev, Müdafiə Nazirliyi tərəfindən isə nazir, general-polkovnik Zakir Həsənov imzaladı.