Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
18 Fevral, 2015 11:00 1256

Müdafiə Sənayesi Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək "İDEX-2015" beynəlxalq müdafiə sərgisi və konfransında iştirak edəcək

Fevralın 22-dən 26-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə "İDEX-2015" adı altında beynəlxalq müdafiə sərgisi və konfransı keçiriləcək. Sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatların nümayişi məqsədilə nazir Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti bu ölkədə səfərdə olacaq.

Dünyanın inkişaf etmiş ölkələrindən qabaqcıl şirkətlərin qatıldığı "İDEX-2015" sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, döyüş sursatları, atıcı silahlar, zirehli texnikalar, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 178 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək.

Sərgi zamanı nazir Yavər Camalovun BƏƏ-nin dövlət və hökumət nümayəndələri və sərgiyə qatılan ölkələrin rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.