27 Sentyabr, 2016 15:00
1296
Müdafiə sənayesi naziri Yavər Camalov "ADEX-2016" sərgisi çərçivəsində Türkiyənin milli müdafiə naziri Fikri İşığı qəbul etdi
Sentyabrın 27-də müdafiə sənayesi naziri Yavər Camalov “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak edən Türkiyənin milli müdafiə naziri Fikri İşığın başçılıq etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul etdi.
Səmimi və mehribançılıq şəraitində keçən görüşdə iki qardaş ölkə arasında mövcud olan əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.
Fikri İşıq “ADEX-2016” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu bildirdi.
Görüşdə Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun da iştirak edirdi.