Müdafiə sənayesi naziri Vüqar Mustafayev Haluk Bayraktar ilə görüşüb
Martın 13-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar ilə görüşüb.
Nazir şirkət rəhbərini Azərbaycanda görməkdən məmnunluğunu ifadə edərək, ölkələrimiz arasında digər sahələrdə olduğu kimi müdafiə sənayesi sahəsində də əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.
Görüş zamanı Azərbaycanın müdafiə sənayesi sahəsinin inkişaf etdirilməsi baxımından “Baykar” şirkəti ilə mövcud əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonda V. Mustafayev “Bayraktar Teknoloji Azerbaycan” şirkətinin ölkəmizdə müdafiə sənayesi sahəsində fəaliyyətə başlaması üçün xüsusi lisenziyanı H.Bayraktara təqdim edib.