Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
17 Avqust, 2021 16:13 515

Müdafiə sənayesi naziri Mədət Quliyevin “IDEF-2021” sərgisində İsmail Demir ilə görüşü baş tutub

Türkiyədə keçirilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Mədət Quliyevin Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir ilə görüşü baş tutub.

Görüş zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.