Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
27 Sentyabr, 2023 14:00 340

Müdafiə sənayesi naziri Mədət Quliyev və nazirliyin əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

Bu gün Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev və nazirliyin əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkına gələrək 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər, xatirə daşının önünə gül dəstələri qoyublar.