Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
08 May, 2021 13:00 463

Müdafiə sənayesi naziri Mədət Quliyev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

10 may müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.

Bu münasibətlə 8 may tarixində müdafiə sənayesi naziri Mədət Quliyev Fəxri xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub. Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət və elm xadimi Əziz Əliyevin və tibb elmləri doktoru, professor Tamerlan Əliyevin xatirəsini yad edərək, məzarları üzərinə güllər düzüb.