Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
26 May, 2022 16:25 261

Müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Muhsin Dere ilə görüşüb

Mayın 26-da Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Muhsin Dere ilə görüşüb.

Mədət Quliyev Muhsin Dereni “Müdafiə Sənayesi Sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə təltif edərək iki qardaş ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq əlaqələrinin bundan sonra da daha sıx davam edəcəyinə əminliyini bildirib.