Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
10 Mart, 2022 14:00 545

Müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Müdafiə Sənayesi Komitəsinin nümayəndə heyətini qəbul edib

10-11 mart tarixlərində Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair Saziş” çərçivəsində yaradılmış İşçi Qrupunun ikinci iclası keçirilir. Hər iki ölkənin müdafiə sənayesi sahəsindəki mütəxəssislərinin iştirak etdiyi iclasın  yekunu olaraq 11 mart tarixində yekun protokolun imzalanması nəzərdə tutulub.

10 mart tarixində müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Müdafiə sənayesi komitəsinin Beynəlxalq əməkdaşlıq idarəsinin müdiri Murat Ceranı qəbul edib. Görüş zamanı Türkiyə Müdafiə Sənayesi Komitəsi və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələri arasında perspektiv əməkdaşlığın  genişləndirilməsi və yeni sahələrin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2017-ci ilin 31 oktyabr tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair Saziş” imzalanıb. Saziş çərçivəsində hər iki təşkilatın nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb və iki ildən bir İşçi Qrupun iclası həyata keçirilir. Tərəflər arasında ilk iclas 2019-cu ildə Ankara şəhərində baş tutub.