08 İyul, 2021 14:00
1325
Müdafiə sənayesi naziri Mədət Quliyev Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin nümayəndə heyətini qəbul edib
8 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Respublikasının sənaye və infrastrukturun inkişafı nazirinin müavini cənab Adlbek Sarsembayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi, müəssisələr arasında əlaqələrin gücləndirilməsi, hərbi-texniki sahədə perspektiv əməkdaşlıq sahələrinin öyrənilməsi, qarşılıqlı işgüzar səfərlərin təşkil edilməsi və digər mövzular ətrafında müzakirələr aparılıb.
Bildirilib ki, hərbi-texniki sahədə Azərbaycan-Qazaxıstan əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur və bu münasibətlər gələcəkdə daha da uğurla inkişaf etdiriləcək.
Səmimi qəbula görə təşəkkür edən Qazaxıstan Respublikasının sənaye və infrastrukturun inkişafı nazirinin müavini Adlbek Sarsembayev ölkəmizlə Qazaxıstan arasında ikitərəfli hərbi əlaqələrin bundan sonra da inkişaf edəcəyindən əminliyini bildirib.
Görüş Azərbaycan və Qazaxıstan Respublikası arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib.

Nazir diqqətə çatdırıb ki, Müdafiə Sənayesi Nazirliyi 2005-ci ildə Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılmışdır.