Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
21 Oktyabr, 2020 14:00 1216

Müdafiə Sənayesi naziri Mədət Quliyev Özbəkistan Respublikasının ölkəmizdəki səfirini qəbul edib

21 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Mədət Quliyev Özbəkistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Bahrom Əşrəfxanovu qəbul edib.

Mədət Quliyev səfir Bahrom Əşrəfxanovu təyinatı münasibətilə təbrik edərək, onun iki qardaş ölkə arasında əlaqələrin daha da  möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib.

Görüşdə hərbi-texniki sahədə ikitərəfli əməkdaşlığın perspektivləri geniş müzakirə olunub.

Nazir erməni terrorçuları tərəfindən 27 sentyabr 2020-ci il tarixindən bu günə qədər Tərtər, Ağdam, Mingəçevir, Ağcabədi, Beyləqan, Gəncə şəhərlərini və bir sıra kənd və qəsəbələri ayrı-ayrı silah növlərindən istifadə edərək atəşə tutmaları, dinc əhaliyə, mülki infrastruktura məqsədli şəkildə zərbələr endirmələri, Gəncəyə raket hücumu və onun ağır nəticələri haqqında səfirə geniş məlumat verib.

Bildirilib ki, Ermənistanın hücumlarının qarşısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınmaqdadır. Cəbrayıl, Füzuli, Zəngilan şəhərləri, onlarla kənd, qəsəbə və yaşayış məntəqələri işğaldan azad edilib, qədim Xudafərin körpüsünə Azərbaycan bayrağı sancılıb.

Səmimi qəbula görə təşəkkür edən səfir Bahrom Əşrəfxanov diplomatik fəaliyyəti dövründə Azərbaycan və Özbəkistan arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.