Müdafiə sənayesi naziri Mədət Quliyev Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfirini qəbul edib
İyulun 19-da Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşini qəbul edib.
Mədət Quliyev iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən müdafiə sənayesi üzrə əməkdaşlığın yüksək səviyyədə inkişafından məmnunluğunu ifadə edərək MSN-in Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri ilə iş birliyinə hər zaman hazır olduğunu vurğulayıb.
Səmimi qəbula görə Mədət Quliyevə minnətdarlığını ifadə edən səfir Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin gələcəkdə daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüş zamanı Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi-texniki sahədə əlaqələr müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.