Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
12 Sentyabr, 2022 09:00 361

Müdafiə sənayesi işçilərinin Azərbaycanın mədəniyyət beşiyi Şuşaya səfərləri təşkil edilib

Azərbaycan Respublikası  Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılğı və Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xətti ilə sentyabrın 10-da bir qrup müdafiə sənayesi işçilərinin Azərbaycanın mədəniyyət beşiyi Şuşaya səfərləri təşkil edilib.

Onlar səfər etdikləri ərazilərdə işğalın ağır nəticələri, dağıdılmış yaşayış məskənləri və mədəni-tarixi nümunələrlə tanış olublar. Eyni zamanda səfər  iştirakçıları  yol boyunca  işğaldan azad olunmuş ərazilərdə, eləcə də Qarabağın incisi Şuşada aparılan genişmiqyaslı tikinti-quruculuq işlərini izləyiblər.

Şuşa qalası, Vaqifin məqbərəsi, Cıdır düzü, Bülbülün ev-muzeyi, Üzeyir bəy Hacıbəylinin, Natəvanın və Bülbülün güllələnmiş heykəlləri və digər tarixi yerlər səfər iştirakçıları tərəfindən ziyarət edilib.

Müdafiə Sənayesi Nazirliyi və Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi  tərəfindən belə səfərlər yaxın günlərdə də təşkil ediləcəkdir.