Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
26 Fevral, 2024 16:30 495

MSN-in rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar fevralın 26-sı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin rəhbər heyəti “Ana harayı” abidəsini ziyarət edib.

Onlar abidənin önünə gül dəstələri düzüb, faciə qurbanlarının əziz xatirələrini dərin ehtiramla anıblar.