Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
20 Oktyabr, 2022 15:02 394

MSN-in kollektivi "Rebuild Karabakh”, “BakuBuild” və “Aquatherm Baku” sərgilərində iştirak edib

Bakı Ekspo Mərkəzində Xəzər İnşaat Həftəsi çərçivəsində (19-21 oktyabr) 2-ci Azərbaycan Beynəlxalq "Qarabağın bərpa, yenidənqurma və inkişafı" ("Rebuild Karabakh-2022”), 27-ci Azərbaycan Beynəlxalq İnşaat (“BakuBuild”) və 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu (“Aquatherm Baku”) sərgiləri keçirilir.

Oktyabrın 20-də Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollektivi dünyanın 17 ölkəsindən 300-dən çox şirkətin qatıldığı sərgilərdə iştirak edib. Nazirliyin əməkdaşları müxtəlif şirkətlərin stendlərinə baxıb, nümayiş olunan məhsullar, xidmətlər və layihələr haqda geniş məlumatlar alıblar.