Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
08 May, 2025 12:00 124

MSN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Müdafiə Sənayesi Nazirliyinin kollektivi müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Fəxri xiyabana gedərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
 
Daha sonra oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət edilib, önünə gül dəstələri düzülüb.