26 Sentyabr, 2024 18:45
289
Mehman Baxışov “Lentatek” və “Ayesaş” şirkətlərinin nümayəndə heyəti ilə görüşüb
Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov "ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində Türkiyənin “Lentatek” və “Ayesaş” şirkətlərinin baş direktoru Öner Tekinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı mövcud əməkdaşlıq haqqında müzakirələr edilib, "ADEX" və "Securex Caspian" sərgilərinin əhəmiyyətindən danışılıb. Gələcəkdə Müdafiə Sənayesi Nazirliyi və tabeli qurumları ilə “Lentatek” və “Ayesaş” şirkətlərinin əlaqələrinin daha da genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.
Nazir müavini hər iki şirkətin stendini ziyarət edib, sərgilənən məmulatlarla tanış olub.