Mədət Quliyevin Sudan Respublikasının “MASAD” Hərbi Sənaye Sistemlərinin baş direktoru ilə görüşü baş tutub
20-24 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təşkil olunan “İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransında Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyevin Sudan Respublikasının “MASAD” Hərbi Sənaye Sistemlərinin baş direktoru, general-polkovnik Marqani İdris Suleyman ilə görüşü baş tutub.
Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüş zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransı Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində iki ildən bir təşkil olunur. Dünyanın 65 ölkəsindən 1350-dən çox qabaqcıl şirkət və 350 nümayəndə heyətinin qatıldığı “İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransında Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan 145 adda müdafiə təyinatlı məmulatlar nümayiş olunur.
“İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransı öz işini fevralın 24-dək davam etdirəcək.