06 Sentyabr, 2022 15:54
570
Mədət Quliyevin Sibat təşkilatının rəhbəri Yair Kulas ilə görüşü baş tutub
“ADEX-2022” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində müdafiə sənayesi naziri Mədət Quliyevin İsrailin Müdafiə Nazirliyinin Sibat təşkilatının rəhbəri Yair Kulas ilə görüşü baş tutub.
Görüş çərçivəsində İsrailin hərbi sənaye kompleksi ilə mövcud əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Bu sahədə qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı razılığa gəlinib.