06 Sentyabr, 2022 15:00
338
Mədət Quliyevin Ruandanın müdafiə naziri Albert Murasira ilə görüşü baş tutub
“ADEX-2022” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində müdafiə sənayesi naziri Mədət Quliyevin Ruandanın müdafiə naziri Albert Murasira ilə görüşü baş tutub.
Görüş zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın əsasının qoyulmasına dair razılıq əldə olunub və qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.