Mədət Quliyevin “Dubai Airshow-2021” sərgisində BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri ilə görüşü baş tutub
14-18 noyabr 2021-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Dubai Airshow 2021” 17-ci aviasiya sərgisində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyevin Birləşmiş Ərəb Əmirliklərinin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd ibn Əhməd əl Bouvardi ilə görüşü baş tutub.
Görüş zamanı Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirliyi arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın zərurəti vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Dubai Airshow 2021” 17-ci aviasiya sərgisi Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri, Dubay əmiri və müdafiə naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun himayəsi altında iki ildən bir təşkil olunur. Sərgidə dünyanın 100-dən çox ölkəsindən naviqasiya aparatları, müşahidə və kommunikasiya sistemləri, süni intellekt avadanlıqları, PUA və təyyarələr, kosmik peyk və s. istehsalçısı olan 1000-ə yaxın şirkət iştirak edir.