Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
12 Oktyabr, 2021 13:00 81

Mədət Quliyev Ulu Öndər Heydər Əliyevin Belqraddakı abidəsini ziyarət edib

11-14 oktyabr tarixlərində Serbiya Respublikasında keçirilən “Partner-2021” Silah və Hərbi Texnika Sərgisində iştirak etmək üçün səfərdə olan müdafiə sənayesi naziri Mədət Quliyev, bu gün Belqrad şəhərindəki Taşmeydan parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Mədət Quliyev Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib.