19 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Mədət Quliyev Moskvaya işgüzar səfəri çərçivəsində Rusiya Federasiyasının Sənaye və Ticarət naziri Denis Manturovla görüş keçirib. Görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Görüşdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak edib.