Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
27 İyul, 2023 16:00 436

Mədət Quliyev “İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisindəki stendləri ziyarət edib

İyulun 27-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev İstanbul şəhərində keçirilən “İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisindəki stendləri ziyarət edib.

Nazir sərgidə Türkiyə Respublikasının TUSAŞ, ASELSAN, SANLAB, ARMELSAN, SDT Space & Defence Technologies və digər şirkətlərin stendlərində nümayiş etdirilən müdafiə təyinatlı məmulatlar və yeni texnologiyalar ilə tanış olub.

Mədət Quliyevlə ASELSAN və TUSAŞ şirkətlərinin rəhbərliyi arasında ikitərəfli görüşlər keçirilib.