Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
17 Avqust, 2021 16:30 546

Mədət Quliyev "IDEF-2021" sərgisində Belarus Respublikasının müdafiə sənayesi komitəsinin sədri Dmitri Pantus ilə görüşüb

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin də iştirak etdiyi Türkiyədə keçirilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi davam edir.

Sərgi çərçivəsində Müdafiə sənayesi naziri Mədət Quliyev bu gün Belarus Respublikasının müdafiə sənayesi komitəsinin sədri Dmitri Pantus ilə görüşüb.

Görüş zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.