14 Noyabr, 2023 15:23
602
Mədət Quliyev “Dubai Airshow-2023” sərgisi çərçivəsində bir sıra görüşlər keçirib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində “Dubai Airshow-2023” 18-ci aviasiya sərgisi davam edir.
Sərginin ikinci günündə müdafiə sənayesi naziri Mədət Quliyevin Birləşmiş Ərəb Əmirliklərinin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd Əhməd Əl Bovardi ilə görüşü baş tutub. Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Daha sonra M.Quliyev İtaliya Respublikasının “Leonardo” və BƏƏ-nin EDGE şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.
Görüşlər zamanı hər iki şirkətin istehsal etdiyi aviasiya vasitələri haqqında geniş məlumat verilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.