Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
07 Sentyabr, 2022 16:40 594

Mədət Quliyev "ADEX" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra görüşlər keçirib

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Bakıda keçirilən "ADEX" və "Securex Caspian" sərgiləri çərçivəsində sentyabrın 7-də Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov, İordaniya Haşimilər Krallığının Baş Qərərgah rəisi Yousef Ahmad Hamed Alhnaity, Qətər dövlətinin Müdafiə Nazirliyinin Hərbi İstehsalat İdarəsinin rəhbəri Salem Mohammed Almarri və onların rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşlər keçirib.

Bakı Ekspo Mərkəzində baş tutan görüşlərdə M.Quliyev qonaqları salamlayaraq, onlara sərgilərdə fəal iştirak etdiklərinə görə minnətdarlığını bildirib.

Qonaqlar ölkəmizdə olmaqdan məmnunluqlarını ifadə edib, "ADEX" və "Securex Caspian" sərgilərinin Azərbaycanda yüksək peşəkarlıqla təşkil edildiyini, burada əlverişli əməkdaşlıq şəraitinin yaradıldığını vurğulayıblar. Onlar sərginin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Görüşlərdə qarşılıqlı hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub, digər maraq doğuran məsələlər haqda geniş fikir mübadiləsi aparılıb.