İnsan hüquq və azadlıqlarının təminatı və korrupsiya, eləcə də digər hüquqpozmalara qarşı görülmüş tədbirlər barədə
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətində insan hüquq və azadlıqlarının təminatı, qorunması kimi işlər daim diqqət mərkəzində saxlanılmış, bu istiqamətdə məqsədyönlü və səmərəli tədbirlərin həyata keçirilməsi, pozulmuş hüquqların bərpası, hüquq pozuntusuna yol vermiş şəxslərin müvafiq hüquqi məsuliyyətə cəlb edilməklə hüquqpozuntularının profilaktikası davam etdirilmişdir.
Nazirliyin aparatında, eləcə də strukturuna daxil olan tabeli birlik və müəssisələrdə idarəçiliyin hüquqi əsaslarla təşkili və həyata keçirilməsi, əmək kollektivində rəhbərlə işçi və işçilər arasında qarşılıqlı münasibətlərin, etik normaların tələbləri gözlənilməklə qurulması, dövlət əmlakının qorunub saxlanılaraq təyinatı üzrə səmərəli istifadəsi, işçilərin sosial vəziyyətinin diqqətdə saxlanılmaqla yaxşılaşdırılması istiqamətində mümkün tədbirlərin görülməsi, iş prosesində əmək qanunvericiliyinin və aidiyyəti normativ-hüquqi aktların tələblərinə əməl edilməsi, korrupsiya hüquqpozmalarının və bu qəbildən olan hüquqpozmalara zəmin yaradan şəraitin aradan qaldırılması, işçilər arasında qarşılıqlı münasibətləri tənzimləyən sənədlərin, eləcə də əmr, yazılı göstərişlərin müəyyən edilmiş qaydalara uyğun tərtib olunması tələbi ilə bağlı verilmiş müvafiq tapşırıqların icrası hesabat qaydasında nəzarətə götürülmüşdür. Bundan əlavə tabeli birlik və müəssisələrdə korrupsiya hüquqpozmalarına qarşı profilaktiki tədbirlər çərçivəsində hüquqi maarifləndirmə işinin səmərəli qurulması məqsədilə hazırlanmış tematik mövzular əsasında tədbirlər planı tərtib olunaraq ayda bir dəfədən az olmayaraq aidiyyəti xidmət sahəsinin təcrübəli əməkdaşları tərəfindən işçi heyəti ilə treninqlərin təşkil olunaraq hüquqi maarifləndirmə işləri həyata keçirilməsi təşkil edilmişdir. Həmin mövzular əsasən əmək qavunvericiliyinin tələblərinin işçilərə çatdırılması, işçi və işəgötürənlərin hüquqları və məsuliyyəti, əmək qanunvericiliyi haqqında, korrupsiya haqqında qanunvericiliyin tələbləri, bilavasitə korrupsiya hüquqpozmalarına və korrupsiyaya şərait yaradan hüquqpozmalara qarşı hüquqi profilaktiki tədbirlərin həyata keçirilməsi, cəmiyyətdə ümumqəbul edilmiş dəyərlərə və qanunvericiliyin tələblərinə hörmətlə yanaşılması, hüquq düşüncəsi və hüquq mədəniyyətinin inkişafı kimi məsələləri əhatə edir.
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 2022-ci il üçün “İş Planı”na antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlər görülməsi, korrupsiyaya qarşı mübarizə tədbirlərinin təşviq edilməsi daxil edilərək müvafiq icraçılar və məsul şəxslər müəyyən edilmişdir.
Qeyd olunanlardan əlavə vətəndaşların müraciət imkanlarının artırılması məqsədilə müraciətlərin elektron poçt vasitəsilə (info@mdi.gov.az) qəbulu işinə, habelə Nazirliyin rəsmi internet saytının (www.mdi.gov.az) “Onlayn müraciət” bölməsinin, eləcə də +(99412) 510 63 47 nömrəli “Qaynar xətt”inin fəaliyyətinə diqqət daha da artırılmış, daxil olan müraciətlər öyrənilmiş, onlaraq qanunvericiliklə müəyyən edilmiş müddət ərzində baxılmış, ərizə, şikayət və təkliflər ətraflı araşdırılaraq qanunvericiliyə uyğun qərarlar qəbul edilməklə müraciət müəlliflərinə əsaslandırılmış cavablar verilmişdir. Daxil olmuş müraciətlərin araşdırılması zamanı pozulmuş hüquqların bərpası üçün müvafiq tədbilər həyata keçirilmiş və insan hüquqlarının pozulmasının qarşısı alınaraq onların hüquqları bərpa edilmişdir.
“Açıq Hökümətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.2-ci bəndinə (Dövlət qurumları tərəfindən korrupsiya risklərinin qiymətləndirilməsi və onların qarşısının alınması ilə bağlı illik tədbirlər planlarının hazırlanması, həmin tədbirlər planlarının icrası barədə hesabatın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edilməsi) əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 30 dekabr 2021-ci il tarixli 45 nömrəli “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi tərəfindən korrupsiya risklərinin qiymətləndirilməsi və onların qarşısının alınması ilə bağlı 2022-ci il üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” əmri ilə “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi tərəfindən korrupsiya risklərinin qiymətləndirilməsi və onların qarşısının alınması ilə bağlı 2022-ci il üçün Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planında – Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı daxil olmuş şikayətlərin ümumiləşdirilməsi və təhlili, korrupsiya ilə əlaqədar hüquq pozmaların törədilməsi ilə bağlı hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilən məlumatların ümumiləşdirilməsi və təhlili, Nazirlikdə və onun büdcədən maliyyələşən qurumlarında maliyyə intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi və büdcə vəsaitlərinin qənaətlə istifadə olunması istiqamətində təsirli tədbirlərin görülməsi, korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına dair tədbirlərin görülməsi, sui-istifadə hallarının qarşısının alınması məqsədilə yaxın qohumların tabelikdə işləməsinə yol verilməməsi və digər neqativ hallara zəmin yaradan şəraitlərin aradan qaldırılmasına dair tədbirlərin görülməsi kimi məsələlər öz əksini tapmışdır.
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 04.04.2022-ci il tarixli 3199 nömrəli ”Sərəncamının 2.2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15.04.2022-ci il tarixli 16 nömrəli əmri ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 2022-ci il üçün İş Planı” təsdiq edilmişdir.
Qeyd olunan tədbirlərin icrasının təmin edilməsi istiqamətində də bir sıra işlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Aparatında çalışan dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və s. mövzularda keçirilmiş təlimlərdə korrupsiyaya qarşı mübarizə haqqında qanunvericilikdən irəli gələn tələblərin rəhbər tutulması iştirakçıların nəzərinə çatdırılmış, bu sahədə mövzular geniş müzakirə olunmuş və təlimatlandırma işləri həyata keçirilmişdir. Daxil olan müraciətlərin ümumiləşdirilməsi zamanı korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı şikayət daxil olmamış, xidməti araşdırmalar aparılan zaman korrupsiya hüquqpozmaları aşkar edilməmişdir. Tabeli birlik və müəssisələrdən daxil olmuş məlumat və müraciətlər əsasında yaxın qohumların tabelikdə işləməsi kimi halların aradan qaldırılması təmin edilmişdir.
Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar arasında məlumat mübadiləsi və səmərəli əlaqələndirmənin təşkili, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Nazirliyin Aparatında korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilmiş səlahiyyətli struktur bölmə tərəfindən korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı daxil olan məlumatların araşdırılmasını (baxılmasını) “Korrupsiyaya qarşı mübarizə haqqında” və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunlarına, eləcə də digər normativ hüquqi aktlara uyğun təmin edilir.
Nazirliyin Aparatında çalışan dövlət qulluqçuları üçün etik davranış qaydaları, etik davranış qaydalarının pozulması ilə əlaqədar daxil olan şikayətlər, bununla bağlı tətbiq edilmiş intizam tənbeh tədbirləri, etik normaların pozulması və ya etik qaydaların pozuntusu təəssüratı yaradan davranışların profilaktikası məqsədilə hüquqi-maarifləndirmə tədbirlərinin, habelə digər fərdi və kütləvi təsir vasitələrinin tətbiqi məsələsi, korrupsiyaya qarşı mübarizə metodlarından səmərəli istifadə, dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi mövzularında müzakirələr aparılmış treninq keçirilmişdir. Nazirliyin Aparatında təşkil edilmiş treninqdə maraqların toqquşmasının yolverilməzliyi korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması, etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin edilməsini şərtləndirən əsas istiqamətlər kimi qeyd edilmişdir. Nazirlikdə keçirilmiş müşavirələrdə digər tapşırıq və tövsiyələrlə yanaşı Nazirliyin aparatında və tabeli qurumlarda işçi-vətəndaş münasibətlərinin müvafiq etika qaydaları çərçivəsində aparılması rəhbər şəxslərin nəzərinə çatdırılmışdır.
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin icrası və Nazirlikdə vətəndaşların müraciətlərinə baxılması, onların qəbulu işinin daha da səmərəli təşkil edilməsi, müraciətlərinə baxılması zamanı hüquqi aktların rəhbər tutulması daim diqqətdə saxlanılmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasına, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununa və Nazirliyin “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində informasiya azadlığı ilə bağlı Daxili İcraat Qaydaları”na və dövlət sirri haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq vətəndaşların informasiya məlumat əldə etmək hüququnun təmin edilməsi həyata keçirilir.