Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
26 İyul, 2023 18:35 834

“İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində bir sıra görüşlər keçirilib

Türkiyənin İstanbul şəhərində keçirilən “İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin ikinci günündə müdafiə sənayesi nazirinin müavini Vüqar Mustafayev Nigeriya Federativ Respublikasının müdafiə naziri İbrahim Abubakar Kana ilə görüşüb.

Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Daha sonra “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar və Türkiyə Respublikası Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət ediblər.

Stend ziyarəti zamanı nazir müavini Vüqar Mustafayev və müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov qonaqlarla görüşüblər.

Görüşdə mövcud əməkdaşlığın inkişafı və maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Sonda Selçuk Bayraktara hədiyyə təqdim edilib.