Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
12 May, 2011 16:00 1060

"IDEF-2011" sərgisində müdafiə təyinatlı məmulatların birgə istehsalına dair razılıq əldə olunub

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-2011” X Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş etdirilir. Bununla bağlı nazir Yavər Camalovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti bu ölkədə səfərdədir.

89 adda müdafiə təyinatlı məmulatla “IDEF-2011” sərgisində təmsil olunan Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar sərgiyə qatılan digər ölkələrin nümayəndə heyətləri tərəfindən böyük maraqla izlənilir.  

Sərgi çərçivəsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin qabaqcıl şirkətləri arasında top, minaatan, snayper tüfəngi və gecəgörmə cihazlarının birgə istehsalına dair niyyət protokolları imzalanıb.