18 Oktyabr, 2021 12:00
785
Həvəskar idmançılar arasında velosiped yarışı keçirilib
17 oktyabr tarixində Müdafiə Sənayesi Nazirliyi Velosiped İdman Klubunun və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə həvəskarlar arasında velosiped yarışı keçirilib.
Füzuli rayonunun düşməndən azad olunmasına həsr edilmiş bu yarış velosiped idmanına olan marağı artırmaq məqsədi ilə keçirilib.
Qaliblər təşkilatçılar tərəfindən medal, diplom və hədiyyələrlə təltif ediliblər. Mükafatlandırma mərasimində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev də iştirak edib.